UFC çempionu Həbib Nurmaqomedovun koronavirus xəstəsi olan atası Abdulmanap vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ozünün teleqram-kanalında Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib.
“Mənə Abdulmanap Nurmaqomedovun bu dünyadan köçdüyü barədə kədərli xəbər daxil oldu. Bütün çeçen xalqı adından Abdulmanap Maqomedoviçin ailəsinə səmimi başsağlığı verirəm! O, yaxşı ad qoyaraq və layiqli nəsil yetişdirərək getdi!”, – deyə Kadırov yazıb.
Xatırladaq ki, iyunun 23-də Həbib Nurmaqomedov atasının hələ də ağır vəziyyətdə olduğunu bildirmişdi. Baxmayaraq ki, iyunun 19-da koronavirusu məğlub edə bildiyini demişdi.
Məşqçi aprelin 25-də sətəlcəm xəstəliyinə tutulub. Mediada onun düzgün olmayan müalicəsi barədə məlumat verilmişdi, buna görə mayın 3-də ağırlaşmalarla Moskvaya köçürülmüşdü. Bundan sonra isə o komaya düşmüşdü. Həkimlər məşqçi üzərində ürək əməliyyatı keçirmişdilər.