3 İyul 2020 16:26
1 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Sakariya əyalətinin Xəndək rayonunda fişəng fabrikində partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 74 nəfər yaralanıb.

Prezident Rəcəb Tayyib Ərdoğan partlayışın olduğu fişəng fabrikindəki işçilərin sayının 189 olduğunu bildirib:

"2 itki, birinin vəziyyəti ağır olmaqla 74 yaralı var. Ümid edirəm içəridə yaralananlar haqqında heç bir mənfi xəbər olmayacaq”.


Müəllif: Yeganə Oqtayqızı