4 İyul 2020 00:54
1 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Antaliya şəhərində Türkiyə-Ukrayna Ortaq Strateji Planlama Qrupunun VIII toplantısı keçirilib.

Teleqraf.com xəbər verir ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba arasında ikitərəfli görüşdən sonra nazirlərin rəhbərliyi ilə iki ölkə heyətləri arasında müzakirələr aparılıb.

Sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Məlumat verilib ki, toplantıda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə, ticarət, sərmayə, təhlükəsizlik, müdafiə sənayesi və s. sahələrdə əməkdaşlığa dair səmərəli müzakirələr aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər