ABŞ-ın Alabama ştatının Quver şəhərində yerləşən “Riverhase Galleria” ticarət mərkəzində baş verən atışma nəticəsində yaralanmış səkkiz yaşlı uşaq xəstəxanada vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
“Təəssüflə bildiririk ki, xəsarət alan şəxs uşaq xəstəxanasına çatdırıldıqdan az sonra dünyasını dəyişdi”, – deyə “Tvitter”də yerləşdirilən press-relizdə bildirilib.
Polisin məlumatına görə, xəsarət alanlar arasında kişi, qadın və azyaşlı da var.
Bundan əvvəl Alabamada baş verən atışmada ən azı dörd nəfərin xəsarət aldığı bildirilmişdi.