Belarus Prezidenti Aleksandr Lukaşenko Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampı Müstəqillik Günü münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “BELTA” agentliyi məlumat yayıb.
“Birləşmiş Ştatlarla ortaq dəyərlərə və prioritetlərə əsaslanan güclü, konstruktiv münasibətlərin qurulması Belarusun xarici siyasətinin əsas məqsədlərindən biridir”, – deyə agentlik A.Lukaşenkonun sözlərindən sitat gətirir.
O qeyd edib ki, iqtisadiyyat, innovasiya, maliyyə, elm və təhsil sahələrində əlaqələrə əlavə dinamika vermək hər iki ölkənin maraqlarına cavab verir.
Lukaşenko Trampa möhkəm cansağlığı və ABŞ-da seçkilərin uğurla keçməsini arzulayıb.
Lukaşenko bundan əvvəl bildirmişdi ki, ABŞ Baltik dənizindən Belerusa neft ixracı üçün boru kəmərinin çəkilməsi məqsədilə ucuz kreditlər ayıra bilər.