Almaniya kansleri Angela Merkel tibbi maska taxmaması ilə ittihamlardan ilk dəfə ictimaiyyət arasında maskada görünüb.
Teleqraf.com “The İndependent” qəzetində dərc olunan yazıya istinadla bildirir ki, o, Federal Şurada qara maska taxaraq çıxış edib.
Maskanın üzərində EU2020.de yazılıb. Bu sayt Almaniyanın Avropa İttifaqı Şurasına iyulun 1-dən başlayan sədrliyi münasibətilə hazırlanıb.
Qeyd edək ki, bazar ertəsi keçirlən mətbuat konfransı zamanı jurnalistlərdən biri ondan niyə ictimai yerlərdə heç vaxt maskada görünmədiyini soruşub. Merkel izah edib ki, sosial distansiya tədbirlərinə əməl etmək mümkündürsə, maska taxmağa ehtiyac yoxdur. Əgər bu mümkün olmursa, o, maska taxır, məsələn, mağazaya alış-verişə getdiyi zaman. “Ancaq mən sizə alış-veriş üçün hara getdiyimi söyləməyəcəm”, – deyə Almaniyanın başçısı zarafat edib.