Almaniya və Türkiyə xarici işlər nazirlərinin Berlində görüşündə turizmlə bağlı isti mesajlar verilmişdi. Bu kontekstdə turizmlə bağlı səyahət qadağasının iyulun 15-nə qədər qalxacağı gözlənilirdi.
Teleqraf.com-un məlumatına görə, Dünya Qardaş Şəhərlər Turizm Birliyinin rəhbəri Hüseyn Baraner bildirib ki, Avropa Birliyinin turizm ölkələri siyahısında Türkiyənin də adı olub, lakin son anda Fransa Liviya məsələləri səbəbilə Türkiyənin adını turizmə açıq elan olunan ölkələr siyahısından çıxarıb.
Hüseyn Baraner əlavə edib ki, Çavuşoğlunun Berlin səfərindən sonra Almaniya turizmlə bağlı topu Avropanın qapısına atıb: "Mən Brüsseldə idim. Türkiyə turizmə açıq ölkələr siyahısında idi. Amma Fransa araya girdi və Türkiyənin adı siyahıdan çıxarıldı.
Əslində Berlində, Brüsseldə otellərin heç birində pandemiyaya qarşı tədbirlər görülməyib. Özləri önləyici tədbirlər almadıqları halda Türkiyədən 5 qat artığını istəyirlər. Türkiyənin atacağı addım qalmayıb. Bu qərarın siyasi olub-olmadığını gərəcəyik”.
Hüseyn Baranerin sözlərinə görə, Avropada istirahətə getmək istəyən kiçik bir kəsim var, Türkiyəni koronavirusa qarşı mübarizəsini görüb onlar da bura gəlməyə üstünlük verirlər.