4 İyul 16:11
720

Somalinin paytaxtı Moqadişo bu səhər terror aktı ilə oyanıb.

Teleqraf.com xəbər verir ki, avtomabilə yüklənən bombanın partladılması nəticəsində dəhşətli partlayış baş verib.

Terror aktı zamanı onlarla insan yaralanıb, amma ölüm faktı qeydə alınmayıb.

Hüquq-mühafizə orqanları elan edib ki, terror aktında istifadə edilən avtomobildə partlayışdan əvvəl atəş açılıb.


Müəllif: Cavad