4 İyul 18:49
1 904

COVID-19 pandemiyası ilə əlaqədar İstanbulda daha bir xəstəxana istifadəyə verilib.

Teleqraf.com xəbər verir ki, tibb müəssisəsinin açılış mərasiminə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb.

Yeni istifadəyə verilən xəstəxana 1105 stasionar, 3500 ambulator xəstə üçün nəzərdə tutulub.

Tədbirdə çıxış edən Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyəni üç qitənin sağlamlıq mərkəzinə çevirməkdə qərarlıdır: "İddialıyam, şəhər xəstəxanalarımız Avropada nömrə birdir, dünyada isə azsaylıdır. Biz bir müddət bu xəstəliklə yaşamalıyıq. Koronavirusla nümunəvi mübarizəmiz kurort sahəsində Türkiyənin qarşısında yeni fürsət yaradıb".

Prezident pandemiya dövründə Türkiyədən dünyanın 138 ölkəsinə tibbi ləvazimatlardan ibarət yardımın göndərildiyini bildirib.


Müəllif: Teleqraf.com