Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının hərbi qulluqçusu evində asılmış vəziyyətdə tapılıb.
Teleqraf.com xəbər verir ki, Rusiya Federasiyasının vətəndaşı 20 yaşlı S.Salihovun cəsədi Halabyan küçəsindəki 8/1 binasındakı mənzilin yataq otağında aşkarlanıb.
Hadisə yerində məktub da tapılıb.
Faktla bağlı Cənub Hərbi dairəsinin komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birgə araşdırmaya başlayıb.