5 İyul 2020 01:15
1 874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın şimal-şərqindəki Naqaland əyalətində it ətinin satışına qadağa qoyulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Hindistanın "The Indian Express" nəşri məlumat yayıb.

Hindistanın Dövlət katibi Temjen Toyun qərarına əsasən, əyalət rəhbərliyinə bişmiş və ya bişirilməmiş it əti ticarəti ilə məşğul olmağı dayandırmaq tapşırılıb.

Qərar millət vəkili və heyvan hüquqları müdafiəçisi Maneka Qandhinin həftənin əvvəlində etdiyi bir çağırışından sonra qəbul edilib. Qandhinin dövlətə it ətinin satışını qadağan etmək barədə çağırışından sonra 125 mindən çox insan Naqaland rəhbərliyindən bu qərarın təmin olunmasını tələb edib.

Qeyd edək ki, it əti ənənəvi olaraq Hindistanın şimal-şərqindəki əyalətlərdə istehlak olunur.

Bazarlarda satmaq üçün hər il 30 min itin Naqalanda aparıldığı bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər