5 İyul 2020 11:51
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin magistraturasında plan yerləri dolub.

Teleqraf.com xəbər verir ki, bu barədə ATU məlumat yayıb.

Bildirilib ki, bu il ATU-da magistratura səviyyəsi üzrə iki yeni ixtisas açılıb. Bunlar Səhiyyə menecmenti və Klinik psixologiya ixtisaslarıdır.

Qeyd olunub ki, hər iki ixtisas üzrə nəzərdə tutulmuş plan yerləri dolub.

Ümumi olaraq, əczaçılıq ixtisası üzrə 15 nəfər, səhiyyə menecmenti üzrə 10 nəfər, klinik psixologiya üzrə 10 nəfər ATU-nun magistri adını qazanıblar.


Müəllif: Teleqraf.com