5 İyul 2020 14:22
5 742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın şərqindəki Deyrizor bölgəsində İranla Rusiya arasında gərginlik artıb.

Teleqraf.com xəbər verir ki, İranın dəstəklədiyi Livan Hizbullah Hərəkatına bağlı milislər tərəfindən Əl Bukemal sərhəd keçid məntəqəsində Əsəd rejiminin bölgədəki yüksək rütbəli zabitinin tutulduğu bildirilir.
Səbəbsiz həbsin İranın bölgədə dəstəklədiyi qüvvələrlə Rusiyanın dəstək verdiyi Əsəd rejiminin silahlıları arasında qarşıdurmaya səbəb olacağı ehtimal edilir.

İran və Rusiya tərəfindən dəstəklənən qüvvələr arasında gərginlik fonunda iki rus hərbi konvoyunun Deyrizorda Ət-Tala hərbi bazasına giriş etdiyi bildirilir.


Müəllif: Leyla

Oxşar xəbərlər