“Avropa İttifaqı Türkiyəni qeyri-şəffaf ölkələrlə eyni dərəcədə qiymətləndirir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Avropa İttifaqının şəffaflıq problemi olan ölkələri Türkiyə ilə müqayisə edərək, tətbiq etdiyi ikili standartların arxasındakı niyyəti bəllidir. Bu müddət ərzində də, öz haqqımızı mübarizə apararaq sökə-sökə əldə edəcəyik”, - Türkiyə başçısı bildirib.