6 İyul 2020 09:40
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Rostov əyalətində “Mi-2” helikopterinin sərt eniş etməsi nəticəsində ölən və yaralanan var.

Teleqraf.com "RİA Novosti"yə istinadla xəbər verir ki, hadisə Kirsalovo qəsəbəsində baş verib.

Sərt eniş zamanı 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

İlkin ehtimallara görə, qəzaya mühərrikdə nasazlığın yaranması səbəb olub.


Müəllif: Teleqraf.com