6 İyul 2020 10:30
2 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mərakeşə müdaxilə edib xaos yaratmaq istəyirlər. Bu məqsədlə ölkə rəhbərliyinə qarşı hücumların sayı artıb".

Teleqraf.com xəbər verir ki, bunu Mərakeş Baş naziri Sədrəddin əl-Osmani deyib.

Osmani bu hücumlara lazım olan cavabın veriləcəyini söyləyib və qeyd edib ki, Kral VI Məhəmməd ölkənin təhlükəsizliyinin təmin edilməsi və müstəqilliyin qorunması üçün vacib addımlar atır.

Mərakeş bir müddətdir Yəmən və Körfəzdə baş verən proseslərə münasibətinə görə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə gərginlik yaşayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər