6 İyul 2020 14:49
28 758
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ümid edirəm ki, Türkiyə rəhbərliyi ehtiyatlı davranaraq Ayasofyanın muzey statusunu qoruyacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Moskva və bütün Rusiyanın patriarxı Kirill deyib.

“Türkiyə rəhbərliyinin təmkinli olacağına ümid edirəm. Ümid edirəm ki, Xristian mədəniyyətinin ən böyük şah əsərlərindən biri olan Ayasofyanın hazırkı, neytral statusunu qoruyacaq. Dünyada milyonlarla xristian üçün simvol olan bir məbəd Rusiya və Türkiyə xalqları arasındakı əlaqələri daha da inkişaf etdirəcək, dinlərarası sülh və harmoniyanı gücləndirəcəkdir”, - patriarx vurğulayıb.

Əlavə edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aidiyyəti qurumlara Ayasofyanın məscidə çevrilməsinin mümkünlüyünü araşdırmağı tapşırıb. Bundan sonra ədliyyə naziri Əbdülhəmid Gül kafedralın məscidə çevrilməsi üçün çağırış edib.

Türkiyə Ali Məhkəməsi Ayasofyanın statusunun prezidentin fərmanı ilə dəyişdirilə biləcəyinə dair qərar verib.

Qərar Yunanıstan və Fransa ilə yanaşı, bir çox xristian ölkəsinin narazılığına səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu