Talibanın sözçüsü Zəbihullah Mücahid ABŞ Müdafiə Nazirliyinin sözügedən qruplaşma ilə “Əl-Qaidə” terror təşkilatı arasındakı əməkdaşlıq iddiasını rədd edib.
Teleqraf.com xəbər verir ki, o, Pentaqon tərəfindən yayımlanan hesabatın həqiqəti əks etdirmədiyini bildirb.
Əlavə edək ki, ABŞ Müdafiə Nazirliyi qeyd olunan hesabatda Talibanı “Əl-Qaidə” ilə əməkdaşlıq etməkdə günahlandırıb.
Onu da qeyd edək ki, ABŞ mediası bir müddət əvvəl Talibanı Rusiya hərbi kəşfiyyatı ilə işbirliyində ittiham etmişdi.