7 İyul 2020 11:10
3 881
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da iki kiçik motorlu təyyarənin toqquşması nəticəsində 8 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, hadisə Aydaho əyalətində baş verib.

Məlumata görə, vəfat edənlərin üçü uşaqdır. Toqquşma anı dəniz üzərində baş verdiyindən həlak olanların ikisinin cəsədi tapılıb, 6 cəsədin tapılması üçün axtarışlar aparılır. Təyyarələr toqquşduqdan qısa müddət sonra suda batıb.


Müəllif: Cavad