“Roskosmos” dövlət korporasiyasının baş direktoru Dmitri Roqozinin müşaviri İvan Safronov həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Roskosmos”un mətbuat xidməti məlumat yayıb.
Ona Rusiya Cinayət Məcəlləsinin 275-ci (Dövlətə xəyanət) maddəsi ilə ittiham elan olunub. İstintaq tədbirləri aparılır.
Qeyd edilir ki, Safronovun saxlanılması onun “Roskosmos”dakı işi ilə əlaqədar deyil.