Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk şəhərinin yeni növ koronavirus infeksiyası COVID-19-un yayılması ilə mübarizədə bacarıqlı olduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “BELTA” məlumat yayıb.
“Bizdə mövcud olan sistem, səhiyyə sahəsindəki nizam-intizam və idarəetmə bu sıx məskunlaşmış və açıq şəhərdə bu problemi aradan qaldırmaqda bizə kömək etdi. Elə indicə vəziyyətin necə olması ilə bağlı Natalya İvanovna (Respublika Şurasının sədri Natalya Koçanova) ilə danışdım. Mən bu bəlanın öhdəsindən gəldiyimiz üçün sizi təbrik edə bilərəm”, – deyə o bildirib.
O qeyd edib ki, ən vacib olan təlaşa, təşvişə imkan verməməkdir.
“Biz sizinlə bunun öhdəsindən gəldik. Allah eləsin bundan sonra yavaş-yavaş davam etsin. Biz yavaşca bu fəlakətdən uzaqlaşmalı və təkrar epidemiyaya imkan verməməliyik. Bu bizim üçün çox vacibdir”, – deyə o bildirib.
Bundan öncə Lukaşenko Belarusun səhiyyə sisteminin koronavirusa qarşı dayanıqlı olduğunu söyləmişdi.