“Amerika seçkiləri ayrı-ayrı bölgələr və ölkələr deyil, əvvəllər olduğu kimi bütün beynəlxalq informasiya məkanı üçün problemdir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, ABŞ-da keçirilən seçkilər əvvəlkindən daha böyük miqyasda vurğulanan qlobal bir problemdir:
“ABŞ-da seçki tsiklləri bir ağcaqanad kimi bütün beynəlxalq və dünyanın informasiya məkanını əmməyə başlayır. Artıq bölgələr, ayrı-ayrı ölkələr deyil, ümumiyyətlə, bütün dünya ABŞ-dakı seçki dalğasının girovuna çevrilir”.
Zaxarova bu gün bütün dünyanın informasiya məkanının təhlükə altında olduğunu bildirib: “Bu, təhlükəli bir tendensiyadır”.