BMT-nin Suriya Araşdırma Komissiyası Bəşər Əsəd rejiminin İdlibdə mülki şəxsləri və səhiyyə təşkilatlarının işçilərini qəsdən vuraraq müharibə cinayətləri işlədiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, BMT-nin yaydığı hesabatda Rusiyanın Suriyadakı hərbi fəaliyyətləri də yer alıb.
Araşdırma Komissiyasının yayımladığı sənədə görə, Rusiya hərbi qüvvələri İdlibdə mülki insanlara təsadüfi hücumlar edərək müharibə cinayətlərinə imza atıb.