7 İyul 2020 17:15
1 874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramp öz mövqeyini şəxsi mütəxəssislərinin qiymətləndirmələri əsasında deyil, telekanalların xəbərlərinə və hökumətə daxil olmayan insanların sözlərinə əsasən formalaşdırır.

Teleqraf.com ”The Hill” qəzetinə istinadla xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton bəyan edib.

O ABŞ Prezidenti haqqında yeni açıqlamasında qeyd edib ki, Trampın Oval ofisdə nə qədər vaxt keçirdiyi və nə qədər televizor izlədiyi müqayisə edilsə “çox maraqlı statistika” alınar.

Bazar günü, iyulun 5-də “CBS News” telekanalında efirə gedən “Face The Nation” proqramına müsahibəsində Con Bolton bildirib ki, Donald Tramp öz ətrafındakı ekspertlərdən daha çox televizora diqqət yetirir.

“Ağ Ev rəhbərinin mövqeyinə televizor, yoxsa müşavirlər daha çox təsir göstərir?” sualına cavab olaraq Bolton deyib: “Düşünürəm ki, bu, onun üçün televizorun seçilmiş olmasından və hökumətdən olmayanlara bu və ya digər səbəbdən etibar etməsindən irəli gəlir”.

Keçmiş müşavir daha sonra Trampı nəzərdə tutaraq deyib: “Əgər onun Oval ofisdə və kabel xəbərlər telekanalının qoşulmuş olduğu kənardakı kiçik yeməkxanada nə qədər vaxt keçirdiyi hesablansa çox maraqlı statistika əldə edilər”.

Bundan əlavə, Bolton müsahibə zamanı hər hansı məxfi məlumat açıqlamaq niyyətində olmadığını qeyd edib. Bildirib ki, bu, prezidentin onun gizli məlumatları açıqlamaq təhlükəsi ilə əsaslandıraraq nəşrinin qarşısını almağa çalışdığı kitabına da aiddir.


Müəllif: Səxavət

Oxşar xəbərlər