7 İyul 2020 22:26
2 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə və Yunanıstan qonşudur, aramızda kifayət qədər fərqlər var, amma bu, o demək deyil ki, biz danışmamalıyıq”.

Teleqraf.com xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiryakos Miçotakis deyib.

O, bir müddət əvvəl öz istəyi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etdiyini bildirib və bu məsələdə Almaniya Kansleri Angela Merkelin vasitəçi olmadığını diqqətə çatdırıb:

“Kansleri məlumatlandırmışdım. Amma vasitəçilərə və hakimlərə ehtiyacımız yoxdur. Rəsmi rabitə kanaları işləyir, müşavirlərimiz danışa bilirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər