Suriyanın Tel Abyad şəhərində bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində 6 dinc sakin ölüb, 7-i isə yaralanıb.
Teleqraf.com xəbər verir ki, vəziyyəti ağır olan 4 yaralı Türkiyəyə aparılıb.
Partlayış nəticəsində ətrafdakı binalar da zərər görüb.
Teraktın YPG-PKK terror qruplaşması tərəfindən törədildiyi ehtimal edilir.