Ukraynanın Xarkov şəhərində Leninə məxsus 5 heykəl dağıdılıb.
Teleqraf.com Cihan agentliyinə istinadən xəbər verir ki, məlumatlarda şəhərin Osnova qatar stansiyası qarşısında Lenin heykəlinin yıxılması həvəskar kameraya da əks olunub. Ukraynalı milliyətçilər dəmir kəndirdən istifadə edərək Lenin büstünü qırıb.
Yerli mətbuata əsasən, Xarkov şəhərinin müxtəlif yerlərində heykəllərin sökülməsinə münasibət bildirən Ukrayna daxili işlər naziri Arsen Avakov məsələ ilə bağlı istintaqın başlanmayacağını açıqlayıb.
Xatırladaq ki, ötən ilin dekabr ayında Ukraynanın paytaxtı Kiyevdə də Leninin abidəsi dağıdılıb.
Samir