8 İyul 2020 12:03
1 889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının Suriyaya humanitar yardımla bağlı qətnamə layihəsinə veto qoyub.

Teleqraf.com xəbər verir ki, bloklanmış qətnamənin müəllifləri Almaniya və Belçikadır.

Sənəd Suriya və Türkiyə sərhəddindəki iki sərhəd keçid məntəqəsinin humanitar yardım çatdırmaq üçün bir illik qorunmasını nəzərdə tuturdu.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, rəsmi Moskva Təhlükəsizlik Şurasına bir keçid məntəqəsinin - Bab əl-Hava nəzarət-buraxılış məntəqəsinin qorunub saxlanılmasını nəzərdə tutan qətnamə layihəsini təqdim edəcək.

Nebenzyanın sözlərinə görə, Suriya hakimiyyəti əvvəllər terrorçuların nəzarətində olan ərazilərə nəzarəti ələ keçirib və Türkiyə ilə sərhəddəki bir nəzarət məntəqəsi suriyalıların bütün humanitar ehtiyaclarını ödəmək üçün kifayət edəcək.

Rusiya tərəfinin fikrincə, Suriyaya yardım mexanizmi altı ay uzadılmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər