8 İyul 2020 10:32
2 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının iclası zamanı Suriyada 3 milyondan çox insana humanitar yardım göndərilməsi mexanizminin müddətinin uzadılmasını veto edib. Bununla da iyulun 10-da Suriyaya yardım aparılması məsələsi faktiki dayanacaq.

Teleqraf.com xatırladır ki, Suriyaya humanitar yardımların edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qərarı lazımdır. İndiyə qədər yardımlar BMT Təhlükəsizlik Şurasının 2014-cü ildən bu yana Suriya sərhədləri daxilinə beynəlxalq yardımların edilməsinə imkan verən mexanizmi əsasında həyata keçirilib. Almaniya və Belçika bu mexanizmin müddətinin uzadılmasınıa dair qərar layihəsi irəli sürüb. Rusiya və Çin bu qərara veto qoyub. Əlavə edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı çərçivəsində Suriyaya humanitar yardımlar Türkiyə üzərindən həyata keçirilirdi. Öncüpinar və Cilvəgözü sərhəd qapsı vsitəsilə yardımlar Suriyaya daxil olurdu. BMT-yə görə, Suriyanın şimal qərbindəki İdlibdə yaşayan 3 milyon əhalinin 70 faizi yardıma ehtiyac duyur. BMT-nin İnsani İşlər ofisi bəyan edib ki, yanvar ayından bu yana Suriyaya 8468 yardım konvoyu göndərilib.

Xatırladaq ki, 2019-cu ildə Suriyaya yardımların edildiyi 4 sərhəd məntəqəsi olduğu halda Rusiya və Çinin vetosundan sonra bunların sayı ikiyə düşmüşdü. Nəticədə İordaniya ilə Suriya sərhəddindəki ər-Remze və İraqla Suriya sərhəddində fəaliyyət göstərən Əl-Yarbiyyə sərhəd keçid məntəqələri beynəlxalq yardımlar üçün bağlanmışdı.


Müəllif: Cavad

Oxşar xəbərlər