8 İyul 2020 19:48
1 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin köməkçisi Numan Kurtulmuş erkən seçkilərlə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, AKP rəsmisi bu haqda yayılan məlumatların həqiqətə uyğun gəlmədiyini bildirib.

Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) erkən parlament seçkilərinin keçiriləcəyi ilə bağlı iddiasına cavabı belə olub: “Erkən seçki məsələsi gündəmi dəyişdirmək üçün ortaya atılıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər