9 İyul 00:25
1 531

ABŞ-a məxsus təyyarə Venesuela sərhədini pozduğu üçün vurulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Venesuela Silahlı Qüvvələri Strateji Komandanlığı məlumat yayıb.

Bildirilib ki, iyulun 8-ə keçən gecə ABŞ-a məxsus bir təyyarə Venesuela hava məkanında aşkarlanıb və hərbi təyyarədən endirilən zərbə nəticəsində zərərsizləşdirilib.

Havker-800 model təyyarə xüsusi mülkiyyətdə olub.

Qeyd edək ki, həmin təyyarə bir gün öncə Meksikanın Toluka əyalətindən Quintana Roo sahillərində yerləşən Kozumel adasına uçuş həyata keçirib.


Müəllif: Teleqraf.com