9 İyul 2020 10:27
3 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyaya qarşı işləyən xarici xüsusi xidmət orqanlarının Avstriyada bir çeçen bloqqerin öldürülməsində iştirak etdiyini düşünür.

Teleqraf.com xəbər verir ki, çeçenlərin lideri sui-qəsdin arxasında onun adının hallandırıldığını bildirib.

Kadırov onun qətldə iştirak etməsi haqda yayılan məlumatlar haqda bunları deyib:

“Həm “Vyanalı Anzor”, həm də yalançı vətənpərvərlik ideyası ilə pul qazanan digər bloqqerlər Rusiyaya, xüsusən də mənə qarşı çalışan xarici xüsusi xidmət orqanlarının qurbanı oldular və olacaqlar. Bilirlər ki, Rusiyanın Qafqaz sərhədləri mənim və sadiq komandam tərəfindən qorunur, onlar bunu bəyənmirlər”.

Kadırov bu üsulların Osmanlı İmperiyasını məhv etmək üçün də istifadə edildiyini söyləyib. Bundan indi də Rusiyanı parçalamaq üçün istifadə etdiklərini dolayı yolla etiraf edib.

Çeçenistan rəhbəri qeyd edib ki, hər ağıllı insan xüsusi xidmət orqanlarının layihələrində iştirak etməyə razılıq verməzdən əvvəl nə vaxtsa ondan yaxa qurtaracaqlarını, “Kadırov və komandasını günahlandıracaqlarını” düşünməlidir.

Avstriyaya sığınmış bir Rusiya vətəndaşı Gerasdorf şəhərində öldürülüb. Həmin şəxsi öldürməkdə şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb. Avstriya mediası qatil və qurbanın Çeçenistan gəlməsi haqda məlumat yayıb. İstintaq qətlin xüsusi sifarişli olduğu ehtimalını irəli sürüb. Məlumata görə, öldürülən şəxs YouTube-də “Anzor” adı ilə fəaliyyət göstərən 43 yaşlı Çeçenistan vətəndaşıdır. O, 2005-ci ildə Avstriyaya gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər