9 İyul 2020 11:26
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusunda xidmət edən Ethan Melzer irqçi təriqətin üzvü olması, xidmət keçdiyi hərbi birlik barəsində məxfi məlumatları sızdırması ittihamı ilə saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi 22 yaşlı Melzerin Doqquz Bucaq Ordeni adlı şəbəkənin üzvü olduğunu, xidmət etdiyi hərbi hissənin təhlükəsizlik sistemləri, hərbi tədbirləri haqqında bilgiləri sızdırdığını bəyan edib. Bununla bağlı hazırlanan iddianamədə şəbəkənin Amerika birliyini dağıtmaq, hücum planı içərisində olduğu da qeyd edilib.

Federal Təhqiqatlar Bürosu (FTB) və ABŞ ordusu tərəfindən ortaya çıxarılan bu detallardan sonra hərbçi Melzer iyunun 10-da Nyu-Yorkda həbs edilmişdi. İyulun 8-də məhkəməyə çıxarılan hərbçi ona qarşı irəli sürülən bu ittihamları rədd edib.


Müəllif: Cavad

Oxşar xəbərlər