“Çinin ABŞ-a münasibətdə siyasəti dəyişməyib. Biz yenə də xoş niyyət və səmimi düşüncələrə əsaslanaraq Çin-ABŞ münasibətlərini inkişaf etdirmək istəyirik”.
Teleqraf.com-un məlumatına görə, bunu Çin Xarici İşlər naziri Vanq Yi deyib.
Vanq Yi qeyd edib ki, Çin inkişaf etdikcə Amerikanın qorxusu daha da artır, lakin Çin heç vaxt ABŞ-a meydan oxumaq və ya onun yerini tutmaq istəmir.
Diplomat hesab edir ki, Çin üçün əsas prioritet ABŞ-a meydan oxumaq yox, xalqın rifah halının yüksəldilməsidir: “Məhz bu səbəbdən Çinin ABŞ-a qarşı siyasəti yaxın münasibətlərin qurulmasına əsaslanır. Çin-ABŞ münasibətlərini qarşılıqlı hörmət və fayda əsasında qurmağa hazırıq. ABŞ-la qarşıdurmaya getmək niyyətimiz yoxdur”.