ABŞ Prezidenti Donald Trampın xanımı, Birləşmiş Ştatların birinci ledisi Milena Trampa Sloveniyada qoyulan heykəl yandırılıb.
Teleqraf.com xəbər verir ki, ABŞ birinci xanımının Sloveniyanın Sevinca bölgəsində olan heykəlinə qarşı bu addım ABŞ-ın müstəqillik günü - iyulun 4-də atılıb.
Məlumata görə, hadisədən dərhal sonra heykəl yerindən götürülüb. Sənətçi Brad Dovney deyib ki, bunu niyə etdiklərinin səbəbini bilmək istəyir. Vaşinqtondan məsələyə dair hər hansı bir açıqlama verilməyib.