Liviya müftisi Şeyx Sadiq əl-Griyani Türkiyənin ölkəsinin yanında yer aldığını təqdir edərək, bu əməkdaşlığa dəstək vermək məqsədilə aksiyalar keçirilməsinə dair çağırış edib.
Teleqraf.com-un məlumatına görə Liviya müftisinin ofisindən verilən yazılı açıqlamada bəyan edilib ki, Griyani Türkiyənin Liviyada dəstəyini qiymətləndirərək bir neçə gün əvvəl Tripoliyə gələn rəsmilərin Liviya hökumətinin yanında duran açıqlamalar verməsini məmnuniyyətlə qarşıladığını deyib.
Liviyanın şeyxi iştirak etdiyi televiziya kanalında isə vətəndaş cəmiyyəti qurumlarını, insanları Türkiyənin Liviya ilə əməkdaşlığnı dəstəkləyən geniş aksiyaların keçirilməsinə çağırış edib:
“Tripoli xalqı 2-3 ay əvvələ qədər nələr yaşadığını, hər gün başları üzərində raketlərin uçduğunu, qorxu içində olduqlarını və bu durumdan çıxmalarına kimin köməklik göstərdiyini bilir. Bu səbəbdən də haqqın sahibinə təslim edilməsi və kütləvi tədbirlər keçirilməsi lazımdır”.
Müfti əlavə edib ki, Türkiyənin Liviya ilə ittifaqı qanuni və hüquqidir:
“Ölkəyə qanunsuz müdaxilələr Franda və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdən gəlir. əsl qınanılması məqam budur”.
Qeyd edilir ki, Müftinin bu çağırışından sonra liviyalılar küçələrə axışaraq, Türkiyəni dəstəkləyiblər.