9 İyul 2020 21:13
1 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa Liviya Milli Ordusuna (qiyamçı Haftarın liderliyindəki) bölgədə İŞİD terror təşkilatına qarşı mübarizə məqsədilə dəstək verib”.

Teleqraf.com xəbər verir ki, bunu Fransa Xarici işlər naziri jan-İv Le Drian deyib.

Nazir qeyd edib ki, bu, aktiv hərbi yardımdan çox təkliflər və siyasi dəstəyi özündə ehtiva edir.

Əlavə edək ki, Türkiyə tərəfi Fransanı qiyamçı Haftar ordusuna maddi-texniki və hərbi dəstək verməkdə ittiham edib. Türk mediası və rəsmi qurumları fransız nazirin açıqlamasını “yalan” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu