10 İyul 2020 11:37
4 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranın ballistik raketlərinin yaratdığı təhdidlərin qarşısını almaq üçün Körfəz ölkələri ilə əməkdaşlıq edəcəyik”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

Dövlət katibi ABŞ-ın bu məqsədlə həmin dövlətlərlə işbirliyi içində olduğunu söyləyib.

Pompeo hesab edir ki, İrana qarşı silah embarqoları uzadılmasa, bölgədəki vəziyyət daha da gərginləşəcək. O, Amerikanın bölgəni İranın təhdidlərindən qoruyacağını da sözlərinə əlavə edib.

O, İranın nüvə proqramının BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə zidd olduğunu deyərək, İslam Respubikasına yönəlik bütün sanksiyaların bərpa olunması üçün səy göstərdiklərini diqqətə çatdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər