10 İyul 2020 15:00
1 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin ABŞ-ın Sincan bölgəsinin İctimai Təhlükəsizlik İdarəsinə qarşı sanksiyalarına cavab olaraq tədbirlər görəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan bildirib.

Diplomat ABŞ-ın qərarını ölkənin daxili işlərinə kobud müdaxilə və beynəlxalq münasibətlərin əsas normalarının ciddi şəkildə pozulması adlandırıb. O, Pekinin bunu “rədd etdiyini və qınadığını” vurğulayıb.

“Çin Sincan ilə əlaqədar qeyri-mütənasib davranışlarına görə ABŞ vətəndaşları və təşkilatları ilə bağlı cavab tədbirləri görmək qərarına gəlib”, – deyə o bildirib. Bundan əvvəl Birləşmiş Ştatlar Çinin Sincan-Uyğur Muxtar Vilayətinin İctimai Təhlükəsizlik İdarəsinə insan hüquqlarının pozulmasına görə sanksiyalar tətbiq edib. Məhdudlaşdırıcı tədbirlər “Qlobal Maqnitski” qanunu əsasında tətbiq olunub. Vaşinqton Pekini uyğurlara və digər müsəlman qruplarına təzyiq göstərməkdə günahlandırır və Honkonqun müdafiəsi ilə bağlı qanunun onun yüksək muxtariyyətini aradan qaldırmaq üçün Çin parlamenti tərəfindən hazırlandığını bildirir. Çin hakimiyyəti bu iddiaları rədd edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər