"Əgər ölkədə gündəlik koronavirusa yoluxma 2000-ə çatarsa, ümummilli səviyyədə məhdudiyyət tədbirlərinə qayıtmalı olacağıq".
Teleqraf.com xəbər verir ki, bu sözləri İsrailin səhiyyə naziri Yuliy Edelşteyn deyib.
Onun sözlərinə görə, gündəlik 2000 yoluxma qırmızı zolaqdır: "Çalışırıq bu rəqəmə çatmayaq".
Bundan əvvəl İsraildə sutkada 1600 yoluxma ilə antirekord qeydə alınıb.
İsrail Səhiyyə Nazirliyinin baş direktoru Çezi Levi də ölkədə COVID-19-un birinci dalğasındakı kimi sərt karantin rejiminin tətbiqini istisna etməyib.