10 İyul 2020 18:33
1 467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Dövlət Şurası (Ali İnzibati Məhkəmə) İstanbuldakı Müqəddəs Sofiya kilsəsinin (Ayasofya) muzeyə çevrilməsi barədə 1934-cü il tarixli qərarı ləğv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “NTV” telekanalı məlumat yayıb. Bununla da ölkə hakimiyyəti Ayasofyanı məscidə çevirmək üçün hüquqi imkan əldə edib.

Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı Dövlət Şurasının qərarını gözlədiyini söyləmişdi. Moskva və bütün Rusiyanın patriarxı Kirill iyulun 6-da kafedralın neytral statusunu qorumağa çağırmışdı.


Müəllif: Səxavət