ABŞ ordusu Kobani yaxınlığında “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı 6 hava hücumu təşkil etdiyini açıqlayıb.
Teleqraf.com-un “Cihan” agentliyinə istinadən xəbərinə görə, bu barədə ABŞ Mərkəz Komandanlığından məlumat verilib. Hücumlar zamanı İŞİD-ə məxsus zirehli maşınlar və artilleriya batareyaları məhv edilib. Hücumlarda insanlı və insansız hava vasitələrindən istifadə edildiyi qeyd edilib.
Digər tərəfdən, Böyük Britaniya və Hollandiyaya məxsus döyüş təyyarələrinin İraqdakı İŞİD hədəflərinə yönəlik 5 hücum həyata keçirdiyi açıqlanıb.
Samir