11 İyul 2020 09:52
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Atırau vilayətində ən çox COVID-19-a yoluxma faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, Qazaxıstanın Baş Nazirinin müavini Yeralı Tuqjanov Atırau vilayətində epidemioloji vəziyyətlə bağlı təcili yığıncaq keçirib və vilayətdə sərtləşdirilmiş karantin rejimi tətbiq edilməsi qərara alınıb.

Almatı-Atırau, Aktobe-Atırau və Mangistau-Atırau istiqamətində sərnişin dəmir yolu nəqliyyatının dayandırılması qərara alınıb. Restoran, kafe, yeməkxana və ərzaq mağazaları yalnız evə çatdırılma rejimində fəaliyyət göstərəcək.

Qeyd edək ki, Atırau bölgəsində koronavirus infeksiyasına yoluxanların sayı 7 min 150 nəfərdir. Onlardan 4 min 693 xəstə sağalıb, 13 nəfər həyatını itirib.

Hazırda Atırau vilayətində 1429 həkim pandemiya ilə mübarizə aparır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər