11 İyul 2020 10:47
2 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO-dan çıxmasını istəmədiyini, ancaq müttəfiqlərin rüsum ödəməli olduğunu söyləyib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Vaşinqton Post” qəzetinə müsahibəsində danışıb.

“Demək olar ki, heç bir şey ödəməyənlər var idi, indi ödəyirlər. Mənə vacib bir sual verdilər: “Sən NATO-nu tərk edərsən?”. Mən cavab verdim: “Bəli, tərk edərdim”. Səbəbi də budur ki, onlar pul vermək niyyətində deyillər”, - Tramp qeyd edib.

Ümumilikdə isə Tramp ABŞ-ın NATO-dan çıxmasını istəmədiyini bildirib: “Xeyr, ayrılmaq istəmirəm. Ancaq istəyirəm ki, ədalətli şəkildə öz paylarını ödəsinlər”.


Müəllif: Mənsur Rəğbətoğlu