Ermənistanda son sutka ərzində daha 489 nəfərdə koronavirus aşkarlanıb. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların ümumi sayı 31 min 392 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət v Profilaktikası Milli Mərkəzi məlumat yayıb.
Bildirilir ki, son 24 saat ərzində daha 13 nəfər pandemiyanın qurbanı olub və bununla da koronovirusdan ölənlərin sayı 559 nəfərə çatıb.