12 İyul 2020 10:22
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası yayılandan bəri ilk dəfə ictimaiyyət qarşısına tibbi maskada çıxıb.

Teleqraf.com xəbər verir ki, Tramp döyüş bölgələrindən yaralanan hərbi qulluqçuların müalicə aldığı “Walter Reed” hospitalına baş çəkərkən maskadan istifadə edib.

Hərbçilər qarşısına tünd göy rəngli maskada çıxan Trampın qoruyucu vasitəsinin üzərinə qızılı rəngdə prezident statusu ilə bağlı nişan vurulub.

"Mən düşünürəm ki, bu - maska taxmaq çox gözəldir. Heç vaxt maska taxmağa qarşı deyildim. Amma hər şeyin öz vaxtı və yeri var", - deyə Tramp jurnalistlərə bildirib.


Müəllif: Teleqraf.com