12 İyul 2020 12:08
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Polşada prezident seçkilərinin ikinci turu keçirilir.

Teleqraf.com xəbər verir ki, 27 mindən çox seçki məntəqəsi yerli vaxtla saat 07:00-da açılıb və 21:00-dək fasiləsiz işləyəcək. Yalnız səsvermə başa çatdıqdan sonra yerli KİV-lər “exit-poll”un nəticələrini dərc edə bilər.

Prezident postu uğrunda hazırkı lider Andjey Duda və Varşavanın meri Rafal Tşaskovski mübarizə aparırlar. Seçkilərin birinci turu iyunun 28-də keçirilib. Dövlət Seçki Komissiyasının məlumatına görə, Andjey Duda birinci turunda 8,45 milyon (43,5 faiz səs), Rafal Tşaskovski isə 5,9 milyon (30,4 faiz səs) seçicinin dəstəyini qazanıb. Namizədlər qeyd-şərtsiz qələbə üçün zəruri olan sadə səs çoxluğunu toplamadıqları üçün mübarizəni ikinci turda davam etdirirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər