İraqın paytaxtı Bağdadın fərqli bölgələrində təşkil olunan 2 hücumda 12 adam ölüb, 34-ü yaralanıb.
Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər veriri ki, Bağdadın şərqində yerləşən Əs-Sədr şəhərindəki yanacaqdoldurma stansiyası yaxınlığında bomba yüklü maşınla təşkil olunan hücumda 11 nəfər həyatını itirib, 28 nəfər yaralanıb.
Məlumatlarda şəhərin mərkəzindəki Əs-Sadun küçəsində baş verən partlayışda isə 1 nəfərin öldüyü, 6 nəfərin yaralandığı bildirilib.
Hücumları “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı üzərinə götürüb.
Samir