Fransa Liviya sularında Türk donanmasına məxsus “Oruc rəis” gəmisi ilə Fransa donanmasının “Le Courbet” gəmisi arasında baş verən qarşıdurmanı Avropa Birliyi (AB) Xarici İşlər Nazirlərinin toplantısında qaldıraraq Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsini istəyib.
Teleqraf.com xəbər verir ki, AB-nin xarici siyasət komissarı Jozef Borrell rəhbərliyində toplanan Xarici əlaqələr komitəsinin toplantısında Parisin Ankaraya qarşı sanksiya tələbi dəstək tapmayıb.
AB-yə yaxın qaynaqlardan əldə edilən bilgiyə görə, Cənubi Kipr Respublikası və Lüksemburq xaricində digər ölkələr Şimali Aralıq dənizində Türkiyənin fəaliyyəti səbəbindən bəzi ölkələrlə münasibətlərin kəskinləşməsinə baxmayaraq, bu halların Ankaraya qarşı sanksiya tətbiq edilməsinə əsas vermədiyi düşüncəsindədir.
Toplantıya sədrlik edən Borrelli Türkiyə səfəri zamanı keçirdiyi görüşlər haqda AB-nin xarici işlər nazirlərini məlumatlandırıb, həmçinin Fransa ilə Türkiyə arasında yaşanan gərginlik səbəbindən Ankara sanksiya tətbiqi mövzusunda vahid mövqe olmadığını deyib.