14 İyul 2020 11:59
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tramp Administrasiyası Çinin Cənubi Çin dənizindəki ekspansionist iddialarını rədd edərək keçmişdəki neytral mövqeyini bir kənara qoyub.

Teleqraf.com xəbər verir ki, ABŞ Çinin bu iddialarını təbii sərvətlə zəngin Cənubi Çin dənizi və bölgədəki kiçik ölkələr üzərində hökmranlığını artırmaq səyləri kimi qiymətləndirib.

"Biz açıq şəkildə bildiririk ki, Pekinin Cənubi Çin dənizinin çox hissəsindəki sahil ehtiyatları ilə bağlı iddiaları və onlara nəzarət etmək kampaniyası tamamilə qanunsuzdur", - deyə ABŞ dövlət katibi Maykl Pompeo bildirib.

Çinin ABŞ-dakı səfirliyinin nümayəndəsi Tramp Administrasiyasının bu addımının tamamilə haqsız olduğunu qeyd edib.

Səfirlikdən bildirilib ki, bu, bölgədəki gərginliyi daha da artıracaq və Çinlə digər ölkələr arasında mübahisələrə səbəb olacaq. Səfirlik nümayəndəsi eyni zamanda Çinin Cənub-Şərqi Asiya ölkələri ilə birbaşa danışıqlar yolu ilə regional mübahisələri həll etmək öhdəliyini götürdüyünü və ABŞ-ın bölgədəki sülh və sabitliyi pozmaq istiqamətində addımlarını dayandırmalı olduğunu bəyan edib.

Qeyd edək ki, ABŞ keçmişdə qlobal ticarət yolları üçün vacib olan bu mübahisəli su yolu məsələsində özünün "səyahət azadlığı"nın təmin edilməsi çağırışı ilə məhdudlaşdı və konkret iddialar üzrə mövqelərindən çəkindi.

Ancaq Çin uzun illərdir bölgədəki iddialarını gücləndirmək üçün Cənubi Çin dənizinin bəzi ərazilərində bazalar və forpostlar quraraq bu kampaniyanı inkişaf etdirir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər